Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Yağış və şaxta olacaq


Yağış
Yağış

-

Yanvarın 16-da Bakıda yağmurlu, rayonlarda isə şaxtalı hava olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 3-5, gündüz 7-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə yanvarın 16-da hava yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Məlumatda deyilir ki, yanvarın 17-18-də arabir güclənən gilavar bəzi insanlarda narahatlıq yarada bilər.

XS
SM
MD
LG