Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 20:06

Donuz qripindən Ermənistanda 11 nəfər ölüb


-

Ermənistan rəsmiləri bildirirlər ki, H1N1 donuz qripi virusundan son 2 ayda ölkədə 11 nəfər həlak olub.

Səhiyyə naziri Armen Muradian yanvarın 15-də bildirib ki, bir gün öncə virusdan 61 yaşlı bir qadın dünyasını dəyişib və bununla ölənlərin sayı 11-ə çatıb.

Hazırda bu simptomla müxtəlif tibb müəssisələrində 92 nəfər müalicə alır.

Orta məktəblərdə qış tətili bir həftə uzadılıb.

Ancaq rəsmilər xəstəliyin epidemiya həddinə çatmadığını bildirirlər.

XS
SM
MD
LG