Keçid linkləri

Təcili xəbərlər
2022, 13 Avqust, şənbə, Bakı vaxtı 21:37

Telefon batareyaları daha partlamayacaq


Batareya

-

Telefon partlamalarının əsas səbəbi litium-ion batareyalarının aşırı isinməyidir. Belə partlayışlardan yaralanan və ölənlər də olur.

Stenford Universitetinin ixtirası həmin hallara son qoyacaq.

Yeni nəsil litium-ion batareyasının içərisinə nanotexnologiyaya əsaslanan istilik sensoru yerləşdirilib. Həmin sensor batareyanın hərarətini nəzarətdə saxlayır və istilik təhlükəli həddə çatanda batareya passiv vəziyyətə keçir və tezcə soyuduqdan sonra yenidən aktivləşir.

Yuxarı və aşağı istilik həddini istifadəçilərin özü də tənzimləyə bilər.

Yeni batareyalar hələ sınaqdan keçirilir.

XS
SM
MD
LG