Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:08

Bakı-Tbilisi-Qars layihəsi plan üzrə gedir


Foto arxiv

“İqtisadi böhran Bakı-Tiflis-Qars dəmir yolunda işlərə əngəl yaratmayıb”.

APA-nın məlumatına görə, bunu yanvarın 14-də "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

“Dövlət başçısının sərəncamı ilə bu il Bakı-Tiflis-Qars dəmir yoluna maliyyə Dövlət Neft Fondundan ayrılıb. Orda 22-25 dərəcə şaxta olmasına baxmayaraq, tikinti işləri davam etdirilir”,deyə o bildirib.

Cavid Qurbanov deyib ki, Azərbaycan tərəfinin nəzarət etdiyi sahədə xırda işlər qalıb və işlərin 85 faizi artıq yekunlaşıb.

XS
SM
MD
LG