Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:30

Müəllimlərin 1 faizi imtahandan kəsilib


Təhsil Nazirliyi
Təhsil Nazirliyi

-

Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən və işə yeni qəbul olunan müəllimlər üçün bu ilin yayında yenidən diaqnostik qiymətləndirmə keçirilə bilər.

Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib.

Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirildiyi 12 bölgə üzrə müəllimlərin davamiyyəti 98 faiz təşkil edib: «Müəllimlərimizin böyük əksəriyyəti diaqnostik qiymətləndirmədə iştirak edib. Ancaq müəllimlərin 1 faizi müəyyən səbəblərdən, əsasən də sağlamlıq imkanları ilə əlaqədar diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib».

İ.Nağıyev əlavə edib ki, diaqnostik qiymətləndirməyə qatılan 25 min 693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib. Onun dediyinə görə, imtahandan kəsilənlər ya öz istəkləri ilə iş yerlərini tərk etməli, ya da yenidən diaqnostik qiymətləndirmədən keçməlidirlər.

Şöbə müdiri bildirib ki, yenidən qiymətləndirmənin keçirilməsi üçün müraciətlərin daxil olmasını gözləyəcəklər: «Biz 2-3 nəfərə görə imtahan keçirə bilmərik. Görsək ki, müəyyən kontingent yığılıb, onda bu il ərzində yenidən diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılacaq».

XS
SM
MD
LG