Madridin "Real" klubunun hücumçusu Cristiano Ronaldonun "Qızıl top" mükafatı uğrunda mübarizədə Lionel Messiyə uduzması vətənində etirazla qarşılanıb.
Qol.Az-ın məlumatına görə, Ronaldonun doğulduğu Madeyra şəhərindəki heykəlinin kürəyinə Messi və "10" nömrəsi yazılıb.
Qeyd edək ki, braziliyalı heykəltəraş Rikardo Velosanın hazırladığı heykəlin açılışı 2014-cü ilin dekabrında olub.
Bu il “Qızıl top” uğrunda mübarizənin finalında Ronaldo və “Barselona”nın futbolçuları Messi ilə Neymar mübarizə aparırdılar.
Ronaldo indiyədək bu nükafata 3, Messi isə bununla 5-ci dəfədir ki, layiq görülür.