-
Yanvarın 23-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Fotoqraflar Birliyinin «İlin fotoqrafı 2015» tədbiri keçiriləcək.
Nazirliyin yaydığı xəbərə görə, «İlin fotoqrafı» Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbirdə seçiləcək və həmin gün qızıl, gümüş və bürünc «Arqus» mükafatı öz sahiblərini tapacaq.
Tədbirdə tanınmış fotoqraf Hüseyn Hüseynzadənin adına qurulmuş «Ümid» mükafatı da təqdim olunacaq. Eləcə də, Azərbaycan foto sənətinin yeni inkişaf yolunu əks etdirən «İlin layihəsi» elan ediləcək. «Fotoqrafiya sənətində xidmətlərinə görə» nominasiyası da öz sahiblərini tapacaq.
1999-cu ildən bəri müntəzəm keçirilən yekun tədbirdə ayrı-ayrı illərdə Hüseyn Hüseynzadə, Sənan Ələsgərov, Asiyat Fətullayeva, Emin Xəlilov, Sitarə İbrahimova, İlkin Hüseynov, Rəna Əfəndi, İlqar Cəfərov, Dilavər Nəcəfov və b. «İlin fotoqrafı» olublar.