Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 16:32

-

Yanvarın 13-də Bakı Metropoliteninin Əhmədli stansiyasında ölüm hadisəsi baş verib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzadlqRadiosuna bildirib ki, səhər saat 11 radələrində Qoşqar Aşurov adlı Qazax sakini özünü qatarın altına atıb və həlak olub.

34 yaşlı Qoşqar Aşurovun intihar səbəbləri hələ məlum deyil.

Nəsimi Paşayev deyir ki, qatarların hərəkət intervalında 10 dəqiqə fasilə yaranıb, hadisənin baş verdiyi qatar isə depoya göndərilib.

XS
SM
MD
LG