Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:18

Naxçıvanda «donuz qripi» yoxdur - Nazirlik


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bu günə qədər Naxçıvanın səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində «donuz qripi» (H1N1) virusu aşkar edilməyib.

Naxçıvan MR Səhiyyə Nazirliyindən AzadlıqRadiosuna verilən məlumatda belə deyilir.

Son günlər mətbuatda Naxçıvanda «donuz qripi» yayılması haqda məlumatlar dolaşır.

Nazirlik bildirir ki, görülmüş tədbirlər nəticəsində respublikada epidemioloji durum tam stabildir. Muxtar respublikanın sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır.

Azərbaycanla qonşu Türkiyə və İranda rəsmi məlumata görə, artıq 30-dək insan «donuz qripi»ndən ölüb. Türkiyə mətbuatında belə bir xəbər yayılıb ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xanımı təcili bu ölkəyə aparılıb və onun «donuz qripi»nə yoluxması ehtimal edilir.

XS
SM
MD
LG