Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 23:55

Suriyada 12 şagird öldü


Foto arxiv

Suriyanın şimalında orta məktəbin havadan vurulması nəticəsində azı 12 uşaq ölüb.

Bunun Rusiya təyyarələri olduğu güman edilir.

Britaniyada fəaliyyət göstərən Susiya İnsan Haqları Mərkəzinin yanvarın 11-də verdiyi məlumata görə, üsyançıların nəzarətində olan Ain Jara şəhərində məktəbin vurulması nəticəsində həmçinin 3 müəllim ölüb, azı 20 nəfərsə yaralanıb.

Bu şəhər Hələb əyalətindədir.

Mərkəz yanvarın 10-dan əyalətdə hökumət qoşunları ilə üsyançılar arasında ağır döyüşlər getdiyini xəbər verir.

Suriya rejiminin yaxın müttəfiqi Rusiya sentyabrdan bu ölkədə hava əməliyyatları keçirir.

İnsan Haqları Mərkəzinin məlumatına görə indiyədək Rusiyanın hava zərbələri nəticəsidə 2300-dən çox adam ölüb, ki, onların 792-i dinc sakinlərdir.

Moskva bunu inkar edir.

XS
SM
MD
LG