Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:49

Prezident transformatorlar zavodunu açdı


İlham Əliyev Transformatorlar zavodunun açılışında, Bakı, 11.01.2016
İlham Əliyev Transformatorlar zavodunun açılışında, Bakı, 11.01.2016

Yanvarın 11-də prezident İlham Əliyev Bakının Suraxanı rayonunda «ATEF Şirkətlər Qrupu»nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib.

«ATEF Şirkətlər Qrupu» 1998-ci ildə özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb.

Ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Zavodda 300 nəfər işlə təmin edilib.

Sonra İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

Xəbəri president.az saytı yayıb.

XS
SM
MD
LG