-
İraqın şimalından gələn xəbərlərə görə, yüzlərlə ailə İslam Dövləti (İD) yaraqlılarının nəzarətində olan Havica şəhərindən qaçırlar. Sakinlər aclıqdan və İD əsarətindən əziyyət çəkir.
Ailələrdən çoxunun Havicaya yaxınlaşmaqda olan İraq təhlükəsizlik qüvvələrinə yetişənədək yolda həlak olduğu bildirilir.
Polis rəsmisi yanvarın 10-da bildirib ki, şaxtalı havada yüzlərlə insan günlərlə dağlıq ərazilərdən keçməli olurlar.
Havica Bağdaddan 220 km şimalda yerləşir, İD-nin əsas mövqelərindən sayılır, ancaq getdikcə mühasirəyə salınır. Kürd peşmərgələri şimaldan və şərqdən, şiə döyüşçülər isə cənubdan və qərbdən şəhərə yaxınlaşmaqdadır.