Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:51

-

Rusiyanın Suriyanın şimalına hava zərbələrindən ölənlərin sayı 81-ə çatıb. Onlardan azı 52-si dinc sakinlərdir.

Britaniyada mənzillənən Suriya İnsan Haqları təşkilatı bildirib ki, Rusiya İdlib vilayətində bazarın yanında bir binaya zərbə endirib, 23 Al Nusra döyüşçüsü və 6 başqa üsyançı öldürülüb. Həmin kompleksdə al Nusranın dini məhkəməsi və həbsxana yerləşir.

Daha 52 nəfər də həlak olub. Onların arasında dinc sakinlər və məhbuslar, azı bir uşaq və iki qadın da var.

Sentyabrın 30-dan Rusiya Suriyaya hava zərbələri endirir, prezident Bashar al-Assad rejimini dəstəkləyir.

XS
SM
MD
LG