Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Qarabağ əlili: «Dövlət məmuru bizimlə «reket» kimi danışır»


"Qazax gömrüyündə prezidenti saymırlar"
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

"Qazax gömrüyündə prezidenti saymırlar"

-

Bu həftə Qazax rayonu ərazisində yerləşən «Sınıq Körpü» («Qırmızı körpü») keçid məntəqəsində Qarabağ veteranları ilə gömrük əməkdaşları arasında mübahisə baş verib. Mübahisənin gömrük rüsumundan yarandığı deyilir.

1-ci qrup əlil Vaqif Xanbabayevdeyir ki, gömrük rüsumunun məbləği barədə onlara sənədverilməyib.Onlar Gürcüstan respublikasından Azərbaycana meyvə gətirirmişlər.Yaranan mübahisəli vəziyyətdən sonra gömrük işçiləri polisə müraciyət edib. Qarabağ əlilləri polisə aparılıb ifadələri alınıb:

«Məmurlar heç kimi saymırlar,...»

«Bizə rəsmi sənəd təqdim etmirlər ki, gömrük rüsumu nə qədərdir. Deyirlər ki, 650 dollar verin, keçin. Məmurlar heç kimi saymırlar, heç prezidenti də saymırlar, Gedin kimə istəyirsiniz deyin, - deyirlər. 9 nəfər Qarabağ qazisini cinayətkar kimi polis maşınına zorla mindirib polis şöbəsinə gətirirlər. Neynəmişik biz?»

Qarabağ əlilləri
Qarabağ əlilləri

2-ci qrup əlil Maksim Kazımov isə deyir ki, onlar ailələrini məhz bu xırda ticarətlə dolandırırlar:

«Dövlət məmuru bizimlə «reket» kimi danışır».

«Biz illərdir ailəmizi alverlə dolandırırıq. Birimizin ayağı, birimizin qolu yoxdur, Fəhlə işləyə bilmirik ki, gedib ailəmizi saxlayaq. Amma təəssüflər olsun ki, bizi gömrük məntəqəsində çox incidirlər. Qanuni rüsum tələb edəndə isə deyirlər ki, 650 dollardır rüsum, ödəyin keçin. Dövlət məmuru bizimlə "reket" kimi danışır».

Qarabağ əlillərinin ifadəsi alınandan sonrasərbəst buraxılıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG