Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

Cəbhə xəttində zoopark


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ukraynanın şərqindəki müharibədən təkcə insanlar yox, ekzotik heyvanlar da ziyan çəkib. Cəbhə xəttində yerləşən Dokuçayevsk zooparkı döyüşlərdən itkisiz çıxsa da, indi zooparkın əməkdaşları heyvanlar üçün yemək və isti yer qayğısının dərdini çəkirlər.

«CurrentTime TV»nin müxbiri müharibədən sonra pulsuz olan zooparka baş çəkib.

ZOOPARKDA MÜHARİBƏNİN İZLƏRİ

O yazır ki, volyerlərin cırılmış toru, zədələnmiş damlar və dağılmış asfalt Dokuçayevsk zooparkında müharibənin izləridir. Şəhərdə dörd ay öncə döyüşlər bitib və zoopark əməkdaşları normal iş rejiminə qayıtmağa çalışırlar.

«Əlbəttə, dəhşətli idi. Hamımız sağ qalmaq, yaşamaq istəyirdik. Heyvanlara görə də narahat idik. Elə özümüzə görə də. Ancaq əsas odur ki, onları ac qoymadıq», - zooparkın əməkdaşı Natalia Chubiy deyir.

Zooparkda iş çoxdur, üstəlik, onun saxlanması üçün vəsait görmür. Bununla belə zooparka giriş pulsuz olub. Zooparkın direktoru Sergei Kotkov deyir ki, onun altı işçisi qalıb. Ərazini yığışdırmağa, təmirə könüllülər kömək edir: «Adamlardan pul götürmək zamanı deyil, onlar onsuz da çətinlik çəkirlər. Ona görə də zooparkı pulsuz elədik».

MÜHARİBƏ VAXTI ZOOPARKDA YENİ HEYVANLAR PEYDA OLUB

Zooparkda 200-dən çox heyvan var. Onların arasında nadir növlər də saxlanılır. Döyüşlər zamanı zoopark nəinki itkisiz ötüşüb, burda hətta yeni heyvanlar da peyda olub. Rayondan köçən yerli adamlar zooparka dovdaq, şinşila və dəniz donuzu gətiriblər. Noyabrda lama doğulub.

Bu zooparkda lama tez-tez doğulur. Əvvəllər zoopark rəhbərliyi körpə lamaları başqa heyvanlarla dəyişərdi. Ancaq indi bu, mümkün deyil, tanınmamış «Donetsk Xalq Respublikası»nın sərhədləri bağlıdır. Ona görə də, qara qu quşu və kenquru üçün tay gətirə bilmirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG