2026, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 02:15

Zəlimxan Yaqub vəfat etdi

Ağır əməliyyatdan çıxmış Zəlimxan Yaqubun evində

No media source currently available

Ağır əməliyyatdan çıxmış Zəlimxan Yaqubun evində

-

Xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da vəfat edib.

Şairin uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkdiyi, son vaxtlar dializ qəbul etməklə yaşadığı bildirilirdi.

20-dək kitabın müəllifi olan Zəlimxan Yaqub 2008-ci ildən Aşıqlar Birliyinə sədrlik edirdi.

1990-cı illərdə siyasi hakimiyyətə yaxınlığı ilə seçilən şair 3 çağırış (1995-2005) Milli Məclisin üzvü olub. Sonradan o, ictimai-siyasi fəaliyyətinə ara verib.

Zəlimxan Yaqub 1994-cü ildən prezident yanında Əfv Komissiyasının üzvü olub.

O, «Şərəf» ordeni ilə təltif edilmişdi.

AzadlıqRadiosunun «İşdən sonra» proqramında xalq şairi Zəlimxan Yaqub İnternet səhifəmizin forum istifadəçilərinin suallarını cavablandırır. (2009)

No media source currently available

Direct-ə keçid

​
XS
SM
MD
LG