Keçid linkləri

Təcili xəbərlər
2023, 10 İyun, şənbə, Bakı vaxtı 04:32

Misirdə turistlərə basqın olub


Misirin Hurqada kurortundakı otellərdən birinə ekstremistlərin basqını nəticəsində üç turist yaralanıb.

Misirin Hurqada kurortundakı otellərdən birinə ekstremistlərin basqını nəticəsində üç turist yaralanıb.

Misirin Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə hücum edənlərdən biri öldürülüb, digəri isə ağır ağır yaralanıb.

Bıçaqla silahlanmış ekstremistlər turistlərə Bella Vista otelinin restoranında hücum ediblər.

Yaralanan turistlərin Avropadan olduqları xəbər verilir.

Yerli media xəbər verir ki, basqın baş vermiş rayon polis tərəfindən mühasirəyə alınıb.

Basqınçıların otelə dənizdən gəldikləri barədə xəbərlər təsdiq edilməyib.

Örən cümə axşamı silahlılar Qahirədə bir avtobusa və ehramların yaxınlığında yerləşən bir otelə hücum etmişdilər.

XS
SM
MD
LG