Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:35

Siqaret niyə bahalaşıb? Nazirliyin cavabı


Siqaret
Siqaret

-

«Siqaretin qiyməti bazarda tələb və təklif əsasında formalaşır. Bununla belə, nazirlik istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirlərini davam etdirir».

Bunu Qafqazinfo-ya İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. O qeyd edib ki, tütün məmulatlarının qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısına daxil deyil.

Siqaret bazarında böyük pay sahibi olan «Japan Tobacco International Baku» şirkətindən APA-ya bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb ABŞ dollarının real məzənnəsinin artımıdır.

Yanvarın 8-də Azərbaycanda siqaretlərin qiyməti yenidən, 50 qəpik civarında qalxıb.

XS
SM
MD
LG