Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Hacı Natiq DTX-da saxlanılır


Nardaran ağsaqqalı Natiq Kərimov həbs olundu
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Nardaran ağsaqqalı Natiq Kərimov həbs olundu

-

Yanvarın 7-də həbs edilən Nardaran sakini Natiq Kərimov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməyib.

Bu barədə Trend-ə Natiq Kərimovun vəkili Əyyub Ələkbərov məlumat verib.

Vəkil bildirib ki, Səbail rayon Məhkəməsinin hökmü ilə barəsində 4 ay həbs-qətimkan tədbiri seçilən N.Kərimov məhkəmə hökmündən sonra Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılır. N.Kərimovun 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüləcəyi vaxt məlum deyil.

Vəkilin dediyinə görə, məhkəmədə ifadə verən N.Kərimov ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli bilməyib və günahsız olduğunu deyib.

Dövlət Təhlükəsizliyi Xidməti Natiq Kərimovu vətənə xəyanətdə ittiham edir, ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi irəli sürülüb.

Hüquq-mühafizə orqanları bir müddət öncə Nardaranda əməliyyat keçirmiş, ikisi polis olmaqla 7 adam ölmüşdü. Yaralılar və çoxsaylı həbslər vardı.

XS
SM
MD
LG