Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 11:54

Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxıb...


Siqaret
Siqaret

-

fins.az saytı xəbər verir ki, yanvarın 8-dən Azərbaycandakı bütün siqaretlərin qiyməti qalxıb. Artım hər bir siqaretdə təqribən 50 qəpik civarındadır. Yada salaq ki, ötən il dekabrın 21-də Azərbaycanda son devalvasiyadan sonra bütün siqaretlərin qiyməti təqribən 50 faiz artmışdı. Məsələn, Azərbaycanda kasıb təbəqənin ən çox çəkdiyi «West» siqaretinin bir qutusunun qiyməti 1 manat 50 qəpikdən 2 manat 20 qəpiyə qalxmışdı. Onda Azərbaycan Milli Bankı manatın ABŞ dolları qarşısında təqribən 47 faiz dəyər itirdiyini açıqlamışdı.
Bəs indi siqaretin qiyməti təzədən niyə artır?

İNHİSARÇILARIN «QİYMƏT OYUNU»

İqtisadçılar bunu bir neçə səbəblə izah edirlər. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev deyir ki, Azərbaycandakı topdansatış məntəqələri inhisardadır. Onlar istədikləri kimi «qiymət oyunu» oynaya bilirlər:

«İkincisi isə Azərbaycanda bəzi iş adamları xaricdən malı əvvəlcə nisyə alıb, malı satıb, sonra pulunu ödəyirlər. Onlar malı manata satıblar. İndi isə həmin pulu dollara çevirib borclarını qaytarmalıdırlar. İndi Azərbaycanda dollar almaq xeyli çətinləşib. Üstəlik, hər gün məzənnədə artım var. Belə olan halda qiymət artımını başa düşmək olar. Ancaq mən dəqiq bilmirəm ki, bu qaydada işləyən iş adamları ümumi ticarətin neçə faizini təşkil edir».

MƏRKƏZİ BANKIN YENİ QAYDALARI QİYMƏTLƏRİ ARTIRIR...

Başqa bir iqtisadçı Dünya Sakit isə deyir ki, bunda Mərkəzi Bankın qəbul etdiyi yeni qaydaların təsiri var. Yada salaq ki, Mərkəzi Bank yeni «Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları»nı qəbul edib. Yeni qaydaya görə, məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Üstəlik, 500 dollardan artıq valyuta mübadiləsində vətəndaşdan şəxsiyyət vəsiqəsi tələb ediləcək.
İqtisadçı Dünya Sakit deyir:

«Özü də bu, təkcə siqaretdə qiymət artımı ilə məhdudlaşmayacaq. Mən düşünürəm ki, bunun bütün məhsulların qiymətinə təsiri olacaq. Biz yeni qiymət artımına hazır olmalıyıq».

Dünya Sakit deyir ki, yanvarın 1-dən siqaretlərin aksiz dərəcələri də dəyişib. Onun fikrincə, bu da siqaretlərdə qiymət artımı yaradıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG