Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:11

"Bizi niyə zibilliyə buraxmırlar?"


İllüstrasiya
İllüstrasiya

►“Yaxın düşə bilmirik, salırlar mühafizəçiləri üstümüzə, bizi döydürürlər”

“Poliqona yaxın düşə bilmirik. Bizi döyüb qovurlar. Özbəkistandan gələn miqrantları qanunsuz işlədirlər. Ancaq özümüzü illərlə işlədiyimiz yerə yaxın buraxmırlar”.

Bunu Sumqayıt şəhərindəki məişət tullantıları poliqonunda işləmiş və ötən ilin noyabrında işdən çıxarılmış Mənsurə Adıgözəlova deyir. Onun sözlərinə görə, poliqonda əsasən Sumqayıtda məskunlaşmış Qubadlı köçkünləri işləyirmiş. Uzun illərdir ki, poliqondakı tullantıları çeşidləməklə məşğul olublar:

“Tullantılar arasından dəmir, şüşə, plastmas çeşidləyirdik. Qəpik-quruşla dolanırdıq. Bilirdik ki, səhər durub poliqona gedəcəyik, heç olmasa, evə dönəndə əlimizdə çörək, su olacaq. İndi bizi bundan da məhrum ediblər”.

Poliqondakı işini itirənlərdən biri də Qubadlı köçkünü Dilavər Cəfərovdur:

“AZI 40 NƏFƏRİ İŞSİZ QOYDULAR”

“Əvvəl başqası idi rəhbərlikdə. Kimsə gəldi, buranı aldı, başladı işlətməyə, bizi burdan qovdu. Yaxın düşə bilmirik, salırlar mühafizəçiləri üstümüzə, bizi döydürürlər. Tək biz deyilik, azı 40 nəfəri işsiz qoyublar. Hamımız da köçkün, şəhid ailələriyik. Bizi qovub Özbəkistandan gələnləri işlədirlər”.

Sumqayıt şəhər İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirən olmayıb.

Poliqona Sumqayıt şəhər Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdir. Departamentdən ANS-ə bildirilib ki, poliqonda əvvəllər işləmiş şəxslərin fəaliyyəti qanunsuz olub. İndikilər isə qanuni şəkildə çalışırlar. Əvvəllər qanunsuz çalışmış işçilər işlərini davam etdirmək üçün Departamentə rəsmi müraciət etməyiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG