Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 10:36

Təbrizdən Bakıya aviareys açıla bilər


Foto illüstrasiya

-

İran Təbriz-Bakı-Təbriz və Məşhəd-Bakı-Məşhəd aviareyslərinin yerinə yetirilməsi üçün Azərbaycana müraciət edib. Reyslər qonşu ölkənin aviaşirkətləri tərəfdən həyata keçirilməlidir.

Bu barədə «Azərbaycan Hava Yolları» QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski APA-ya bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası məsələ ilə bağlı razılıq verib.

Ancaq hələlik reylərin başlaması yönündə Dövlət Mülki Administrasiyasına İran tərəfdən hər hansı məlumat daxil olmayıb.

«Onu da bildirmək istəyirik ki, hal-hazırda bu məsələ «Azərbaycan Hava Yolları» sərnişin şirkətinin gündəliyində deyil», - deyə Paşa Kəsəmənski bildirir.

XS
SM
MD
LG