Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:32

12 dərəcə isti, çiskin...


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakıda və Abşeron yarımadasında yanvarın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,axşam saatlarında yarımadanın bəzi yerlərində çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Abşeron yarımadasında gecə 0-4 isti, gündüz 7-12 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycan rayonlarındahava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Axşam bəzi qərb rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

XS
SM
MD
LG