Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 00:01

“Qəzet nəşrində qiymət artımı qaçılmazdır”


-

“Azərbaycan” nəşriyyatı baş direktorunun müavini Bəsti İsmayılova “modern.az”a qəzet çapı sahəsində qiymətlərin arta biləcəyi deyib.

“Hələ ki, bu haqda qərar yoxdur, amma qiymət artımı da istisna edilmir. Nəzərə alsaq ki, bütün poliqrafiya materialları xaricdən gətirilir və xarici bazarlarda qiymətlər orta hesabla 35-40% artıb, o zaman deyə bilərik ki, qiymət artımı qaçılmazdır və bu halda çap xərclərinin atması da təbiidir”-deyə B.İsmayılova bildirib.

Manatın “21 dekabr” devalvasiyasından sonra “Azadlıq” qəzeti satış qiymətini 40 qəpikdən 60 qəpiyə qaldırıb və qəzet bu addımı atmağa məcbur olduğunu bəyan edib.

XS
SM
MD
LG