Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 22:49

«Günə 6-7 manat qazananda elə sevinərəm ki…»


Çörəyi tıxacdan çıxaranlar
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Çörəyi tıxacdan çıxaranlar

-

35 yaşlı Rövşən Şirinov mərkəzdən kənar metroların çıxışlarında «şirin pambıq» və şar satır. Avropa Oyunları vaxtı işdən çıxarılandan sonra başqa iş tapmayınca, uşaqları ac qalmasın deyə, səyyar satıcılığa başlayıb. Deyir, 2-3 ay olar ki, bu işlə məşğuldur.

Rövşən «Azərsun Holdinq»də fəhlə işləyirmiş:

«300 manat maaş alırdım. Özüm çıxmaq istəməsəm də, ərizə yazdırıb çıxardılar. Bizlə bərabər türkiyəlilər, iranlılar da işləyirdi. Amma onlarla bizim maaşımız kəskin fərqlənirdi. Türkiyəlilər 7 min, iranlılar 4 min manata qədər maaş alırdı. Yenə də, yaxşı idi, belə soyuqda çöldə gəzmirdim, günortalar naharımızı verirdilər, isti yemək yeyirdik. O vaxtdan nə qədər iş axtarsam da, heç yerdə tapa bilmədim, məcbur qalıb səyyar satıcılıqla məşğul oldum».

«HƏR ADAM ŞARA, «ŞİRİN PAMBIQ»A PUL VERMIR AXI…»

Deyir ki, hər gün səhər saat 11-dən küçəyə, iş yerinə gəlir:

«Gündəlik alver çox zəif olur, güclə 6-7 manat qazanıram. Ailəmi zorla dolandırıram. Dəfələrlə evə 3 manatla getmişəm. Günümə 6-7 manat qazananda elə sevinərəm ki… Şarın balacasını 50 qəpiyə, bir az böyüyünü 1 manata, «pambıq»ı isə 40 qəpiyə satıram. Dünəndən 20 dənə «şirin pambıq» götürmüşdüm, hələ 2-si qalıb. Günə 5-6 dənə də şar satıram. Elə demək olar ki, ən çox satdığım bu qədər olur. Alıcılarım uşaqlardır. Amma çox vaxt elə olur ki, uşaqlar istəyir, valideynləri almır. Bu krizisdə hər adam şara, «şirin pambıq»a pul vermir axı… Alan oldu-olmadı, axşam 7-yə kimi gəzirəm».

BURDA POLİSLƏR «DƏYMİRLƏR»

Rövşən deyir ki, şəhərin mərkəzində polislər səyyar satıcılığa imkan vermədiyi üçün, mərkəzdən kənar, nisbətən sakit yerlərdə satış edir:

«Burda polislər «dəymirlər». Yoxsa şəhərin mərkəzində sata bilmərəm. Bir yerdə dayananda qovalayırlar, ancaq gəzəndə heç nə demirlər».

İndi Rövşənin ancaq bir arzusu var: «İstəyirəm ki, normal maaşlı bir iş ola, gedib işləyəm, ailəmi dolandıram, istidə-soyuqda küçədə qalmayım».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG