-
Daşkənddəki «Hilol-naşr» nəşriyyatıböyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərini «Qəlb gövhəri» adlı kitabda özbək dilində çap edib.
Kitabda verilən əsərləri Azərbaycan və fars dillərindən özbək dilinə filoloq-alim Ergash Ochilov çevirib.
E.Ochilov kitaba «Türk xalqlarının müştərək şairi» adlı «Ön söz» də yazıb. «Ön söz»də Füzulinin həyatı, yaradıcılığı, dövrü haqqında ətraflı məlumat verilir, əsərləri təhlil edilir.
Nəfis tərtibatlı 431 səhifəlik nəşrdə şairin qəzəlləri, tərkibbəndləri, müxəmməsləri, məsnəviləri, rübailəri, eləcə də «Fars divanı» toplanıb.