Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 23:59

Şamaxı sakini donaraq ölüb

Foto illüstrasiya
Foto illüstrasiya

-

Şamaxı rayon sakini gecə şaxtalı havada soyuqdan donaraq ölüb.

APA xəbər verir ki, hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb.

Şahidlərin dediyinə görə, kənd sakini, 1992-ci il təvəllüdlü Mixail Elyayev ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

This item is part of
XS
SM
MD
LG