Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 12:44

Britaniyanın xarici işlər naziri Pekinə gedib


Philip Hammond

Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond yanvarın 5-də Pekində çinli həmkarı Wang Yiilə görüşüb.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Hammond görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, qlobal iqtisadi böhrana baxmayaraq iki ölkə arasında ticarət və sərmayyə qoyuluşu artıb.

O ölkəsinin bu yöndə işi davam etdirəcəyini bildirib və qeyd edib ki, Avropa Birliyi ilə Çin arasında ticartət əlaqələrinin açılması İstər Avropa , İstərsə də Çin üçün yaxşı, sərfəli olacaq.

Hammond həmçinin Çinin Suriya müharibəsi və Əfqanıstan münaqişəsinin yoluna qoyulmasında Çinin rolunu yüksək qiymətləndirib.

XS
SM
MD
LG