-
Yanvarın 4-də Balakəndə «Azəryem Sənaye» MMC-yə məxsus zavodun qazanxanasında baş verən partlayışla bağlı cinayət işi açılıb.
Cinayət işi Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə başlanıb.
Partlayış nəticəsində Balakən rayon sakini, 26 yaşlı Elşən Əliyev ölüb, iki nəfər- 34 yaşlı Novruz Nastakalov və 34 yaşlı Anar Bozurov yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.