Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:13

Balakəndə partlayış olub, 1 nəfər ölüb


Foto illüstrasiya
Foto illüstrasiya

-
Yanvarın 4-də saat 10:30 radələrində Balakəndə «Azəryem Sənaye MMC»ə məxsus zavodun ərazisində qazanxanada partlayış olub.

Bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumatda deyilir ki, hadisə nəticəsində yanğın olmayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin və digər dövlət orqanlarının mütəxəssisləri hadisə yerində araşdırma aparır.

Nazirlik əlavə məlumat veriləcəyini bildirir.

XS
SM
MD
LG