Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:47

Salyanın balıq bazarından reportaj


Balıq bazarı
Balıq bazarı

-

Salyanın balıq bazarında piştaxtaların üzərindəki növbənöv balıqlar alıcı gözləyir. Balıqların çeşidi çox, qiyməti fərqlidir. Qiymətlər balığın növünə, ölçüsünə görə dəyişir.

30-40 MANATA XƏŞƏM

Piştaxtalara sazan, ziyad (kütüm), xəşəm, ilan balığı sərilib. Sazanın qiyməti 4-5 manatdan başlayır, 15-20 manata qədər artır. Bu balığın ən çox 1.5 kiloluqları satılır. O da təxminən 7-8 manat edir.

Kütümün qiyməti, böyük-kiçikliyindən asılı olaraq, 5-6 manatdan 20-25 manatadək dəyişir. Xəşəm balığının da qiyməti ölçüsündən asılıdır. Ancaq onun qiyməti 20 manatdan başlayır, 30-40 manata yüksəlir. Ən bahalısı 50 manatdır.

İlan balığının isə dənəsi 70 qəpik-1 manata satılır.

Satıcılar deyir ki, qış fəsli gələndən balıq bir az azalıb. Onların giley-güzarı barədə az sonra..

Əvvəlcə alıcıları eşidək...

Növbənöv balıqlar alıcı gözləyir.
Növbənöv balıqlar alıcı gözləyir.

KÜRDƏ BALIQ YOXDUR Kİ…

Kür çayından tutulan balıqları sevdiklərini deyən alıcılar şikayətlənirlər ki, bazarda «Kür balığı» kimi tanınan əsl sazan balığı yoxdur.

Habil adlı alıcı deyir ki, «Kür balığı» adıyla satılanlar «damba»larda (balıq yetişdirilən xüsusi yerlər – red.) xüsusi üsullarla saxlanılır:

««Damba»larda saxlanılan sazanın əti şirin olur, süni üsullarla yetişdirilir. Kürdə balıq yoxdur ki… Belə soyuq havalarda isə, ümumiyyətlə, Kürdə balıq olmur. Çay balığı Neftçalada olur, o da, yəqin ki, məmurlar üçün göndərilir, biz görmürük».

«YAĞLILIQDAN YEMƏK OLMUR»

Başqa bir alıcı Vaqif Məmmədov isə söyləyir ki, artıq Kür balığının dadını unudublar:

«Bilirik ki, Kür balığı yoxdur. Kürdə tutulan sazan sarı rəngdədir, bir qədər də qırmızı çalarları olur. Amma burada satılan balıqlara baxın, qapqaradır. O qədər yem verirlər ki, yağlıqdan yemək olmur. Kür balığı belə olmur axı…».

Bazarda alıcılar qiymətdən, balığın keyfiyyətindən şikayət edir. Satıcılar isə söyləyirlər ki, hər şey bahalansa da, balığın qiymətini qaldırmayıblar. Yoxsa balıq alan olmaz axı... Satıcılar indi qazanc deyil, çörəkpulunun dərdini çəkdiklərini deyirlər, hazırkı durumda ziyanın elə özlərinə dəydiyini bildirirlər.

Bazarda alıcılar qiymətdən, balığın keyfiyyətindən şikayət edir.
Bazarda alıcılar qiymətdən, balığın keyfiyyətindən şikayət edir.

«NƏ QƏDƏR DAVAM EDƏCƏK, BİLMİRİK»

Satıcılar alıcıların Kür balığına «həsrət qalması» fikriylə də razılaşmır, satdıqlarının əsl Kür balığı olduğunu vurğulayırlar:

«Hava şəraitinin soyuq olmasına görə balıq da azdır. Alıcılar balığı daha çox diri almağa üstünlük verirlər. Diri olmayan balığı bir qədər şübhə ilə alırlar. Ona görə də çalışırıq ki, balığı vannada saxlayaq, diri qalsın».

Satıcı Əhliman isə alıcı azlığından şikayətlənir:

«10 ildir balıq satışı ilə məşğulam, bayramlarda xeyli alver edirdik. Bu bayramda isə satış çox aşağı oldu. İnsanlar, sanki, bayram keçirmirlər. Dolların məzənnəsi qalxandan sonra alıcılıq qabiliyyəti çox aşağıdır. Elə vaxtlar olur, maya dəyərinə satırıq ki, qalıb köhnəlməsin. Bu vəziyyət nə qədər davam edəcək, bilmirik».

Alıcılardan eşitdiyimiz giley-güzara rəğmən, bazarda ən çox elə sazan balığının satıldığını müşahidə etdik. Görünür, qiyməti alıcıların cibinə uyğundur. İkinci yerdə kütüm balığı gəlir. Bahalığına görə bazarda ən az rastlanan xəşəmin isə daha çox Bakıya daşındığını eşitdik.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG