Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Tofiq Zülfüqarov: «XİN-də böhran yetişib…»


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

-

«Başa düşmək lazımdır ki, XİN-in avtoriteti toxunulmaz olmalıdır. Çünki bu nazirlik milli və dövlət maraqlarını qoruyur. XİN-dəki situasiya ictimaiyyətin müzakirəsinə açıla bilməz. XİN haqda çox danışırlarsa və yazırlarsa, deməli, bu strukturda böhran yetişib. Mən həyatımın xeyli hissəsini bu nazirliyə həsr etmişəm. Müstəqilliyin ilk günlərindən orada işləmişəm, milli maraqların təmin olunması üçün çox enerji sərf etmişəm. Ona görə də indi orada baş verənləri ağrı hissi ilə izləyirəm».

Bunu virtualaz.org saytına müsahibəsindəkeçmiş xarici işlər naziri, Azərbaycanın Latviyadakı keçmiş səfiri Tofiq Zülfüqarov deyib.

BAYRAMI QARANLIQDA KEÇİRƏNLƏR

ANSPress yazır ki, işıqları olmadığından bayram günlərini Bakıda və bölgələrdə onlarla ailə qaranlıqda keçirib.

Hökməli – Qobu yolunda yerləşən yaşayış massivinin sakinləri sayta deyib ki,
işıq olmadığından evi qazla qızdırırlar: «Gecə küləyin qazı söndürməməsi üçün növbə çəkirik. Ərazidə bir transformator var. İşıq idarəsindən gəlib bütün evlərin işığını ora qoşurlar. Ona görə də problem yaranır».

Bayram günləri BakınınBinəqədi, Xətai rayonlarında, bölgələrdən isə Ağcabədi, Balakən rayonlarında da işıq olmayıb.

«Azərişıq»dan deyiblər ki, buna ölkə ərazisində güclü yağışın və qarın yağması səbəb olub.

Azərbaycan
Azərbaycan

PORTUQALİYADAN İNDONEZİYAYADƏK...

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə məxsus millətlər bir yerdə əmin-amanlıq şəraitində yaşayır, ölkədə heç bir ayrı-seçkilik yoxdur:

«Belə bir özəl modelin yaranmasına səbəb isə müxtəlif dinlərə və onların nümayəndələrinə ölkə rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən yönəlmiş bərabər siyasi münasibətdir… Portuqaliyadan İndoneziyaya qədər ən müxtəlif ölkələrin universitetlərində, intellektual dairələrində və ictimai-siyasi qurumlarında Azərbaycan dəyərləri müzakirə edilir. Biz sual-cavabların içindəyik. Maraqlıdır ki, opponentlərimizə cavablar yavaş-yavaş daha çox xaricdəki Azərbaycansevərlər tərəfindən verilir. Onlar artıq püxtələşmiş və nə etdiklərini şüurlu şəkildə bilən intellektual qüvvələrdir. Ölkəmizin xeyirxahlarının sayı çoxalır, dostlarının sayı artır…».

AVTOBUSLAR BAKIYA GECİKMƏ İLƏ ÇATIRLAR

«Güclü qara və yolların buz bağlamasına görə Azərbaycanın bölgələrindən, xüsusən də şimal rayonlarından Bakıya gələn avtobuslar paytaxta qrafikdə nəzərdə tutulan vaxtdan gec çatırlar».

avtosfer.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.

Avtovağzal rəsmisi sərnişinlərin avtobus tapa bilməməsi ilə bağlı deyib ki, səbəb qar və yolların buz bağlaması olub: «Güclü qar yağdığına və yollarda hərəkət çətinləşdiyinə görə avtobusların rayonlardan Bakıya qayıtması gecikirdi. Ona görə də bayram vaxtı müəyyən yubanmalar olub».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG