Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 00:50

Türklər 57 qaçqını xilas edib


Türkiyədə suriyalı qaçqın uşaqlar

-

Türkiyə sərhədçiləri və balıqçıları yanvarın 3-də 57 qaçqını xilas edib. Onlar Türkiyənin Dikili kurort sahili yaxınlığında kiçik bir adada aşkarlanıblar, Yunanıstana getməyə çalışırlarmış.

3 uşaq daxil olmaqla, 12 nəfər adadan vertolyotla çıxarılıb. Qalanları balıqçı gəmiləri ilə xilas edilib. Belə ki, böyük sərhəd gəmiləri qayalıqlarla görə sahilə yaxınlaşa bilməyib.

Türkiyə Avropa Birliyinə söz verib ki, sərhədlərini daha yaxşı qoruyacaq. Yüzminlərlə qaçqın ötən il Türkiyədən Yunanıstana gedib. Onlar əsasən Suriyadan didərgin düşənlərdir.

Ancaq Ankaranın vədlərinə baxmayaraq, hər gün dənizdən keçən qaçqınlar var.

XS
SM
MD
LG