Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 19:30

Balayar Sadiq. Uzaqda bir ev var


Balayar Sadiq
Balayar Sadiq

-

Balayar Sadiq

ROMAN MÖVSÜMÜ

Ayrılıq kimi soyuq bir hava…
Uzaqda bir ev var,
həyətində bir ağac,
ağacın dibində bir beşik…
Evin üstündən
bir bulud keçir,
ağacın yarpaqları üşüyür…
Beşiyə sarı
bir ilan sürünür...
Dünyanın
olar-olmazı görünür…
Evin gözləri kor,
ağacın dili lal,
beşik dünyadan xəbərsiz…
Beləcə
yaşayır içimdə
səssiz-səmirsiz.
Bir ev,
həyətində bir ağac,
ağacın dibində bir beşik…

XS
SM
MD
LG