Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:45

Avropa Məhkəməsi Ankaradan izahat istədi


Cizrə
Cizrə

-

Avropa Məhkəməsi Şırnak vilayətinin Cizrə və Diyarbəkirin Sur rayonlarında qoyulan «küçəyə çıxma» qadağası ilə bağlı Türkiyə hökumətindən izahat istəyib.

Türkiyənin «Cümhuriyyet» qəzeti xəbər verir ki, Avropa Məhkəməsinə yanvarın 8-nə kimi cavab verilməli və 3 sual cavablandırılmalıdır.

Avropa Məhkəməsi Türkiyədə 6 vətəndaşın şikayəti üzrə məhkəmə araşdırmasına başlayıb.

Onlar hamilə qadınlar, yaşlı, ürək xəstəsi, 15 yaşlı əlilliyi olan yeniyetmə və rayonu tərk edəndən sonra geriyə dönə bilməyən Cizrə və Sur sakinləridir.

Türkiyə hökuməti bir müddətdir ki, kürdlərin sıx yaşadığı Diyarbəkir və Şırnak vilayətlərində PKK terrorçularına qarşı əməliyyat aparır.

XS
SM
MD
LG