Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 20:56

47 adam edam edildi


Foto illüstrasiya

-

Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan 47 nəfər haqqında ölüm hökmü icra edilib.

Onlardan 45-i yerli sakindir, biri misirli, o biri çadlıdır.

Yerli Daxili İşlər Nazirliyinin məlumatına görə, ölüm hökmü ölkənin 12 ayrı-ayrı hissəsində icra olunub.

Haqqında edam cəzası çıxarılan şəxslər arasında «əl-Qaidə» terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris al-Zahrani və şiə din xadimi Nimr-al Nimr da var.

Nimr-al Nimr Səudiyyə Ərəbistanı əhalisinin 15 faizini təşkil edən şiələrin sıxışdırılmasına etiraz edən din xadimlərindən biri olub.

XS
SM
MD
LG