Keçid linkləri

2026, 11 Aprel, şənbə, Bakı vaxtı 22:54

Kürdəmirdə ağır qəza

Təcili tibb maşını
Təcili tibb maşını

-

Yanvarın 1-i axşam saatlarında Kürdəmirdə iki mikroavtobus toqquşub, yaralılar var.

ANS-in məlumatına görə, qəza Bakı-Qazax yolunun 207-ci kilometrliyində - Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

Göyçay rayon sakini, 46 yaşlı Elşad Əzizovun idarə etdiyi «Mercedes» markalı sərnişin mikroavtobusu ilə Gəncə şəhər sakini, 34 yaşlı Şahzadə Qasımovun idarə etdiyi mikroavtobus toqquşub.

Xəsarət alanlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, saat 23:40 radələrində xəstəxanaya 8 nəfər gətirilib. «Onlardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün Bakıya göndəriləcək», - xəstəxanadan bildirilib.

Qəzanın səbəbləri araşdırılır.

This item is part of
XS
SM
MD
LG