-
Səudiyyə Ərəbistanı 25 ildən sonra Bağdadda səfirliyini açıb.
1990-cı ildə İraq diktatoru Saddam Hussein Küveytə basqın əmrini verəndən sonra Səudiyyə Ərəbistanı səfirliyini bağlamışdı.
Səfirliyin bərpası hər iki ölkəyə təhlükələrə və ekstremistlərə qarşı birgə mübarizəyə imkan verəcək. Bunu İraqdakı yeni Səudiyyə səfiri Thamer al-Sabhan «əl-Ərəbiyyə» TV-sinə deyib.
Münasibətlərin yumşalması sünni müsəlmanların yaşadığı Səudiyyə Ərəbistanı və şiələrin hakimiyyətdə aparıcı rol oynadığı İraqa özünü «İslam dövləti» adlandıran yaraqlılara qarşı daha sərt mübarizə aparmağa yardım edəcək.