Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:47

"Prorektorlar elə bil “General Motors” şirkətini idarə edirlər"


Terry Eagleton
Terry Eagleton

-

"Universitetlər humanitar tənqid mərkəzi kimi asta-asta ölməkdədir"

Tanınmış ədəbiyyatşünas, tənqidçi Terry Eagleton'un "Ali təhsil xronikası" dərgisində çıxmış son yazısından bir parçanı təqdim edirik. O, bu yazısında bütün dünyada Humanitar elmlərin divara qısnanmasını tənqid edir.

Universitetlərin asta-asta ölməsi

(ixtisarla)

Bir neçə il əvvəl məni Asiyanın böyük və yetərincə qabaqcıl bir texniki universitetinin binasında gəzdirirdilər. Ekskursiyanı universitetin məğrur rektoru aparırdı. Belə vacib bir personanı iki cüssəli, qara kostyumlu, qara eynəkli cangüdən müşayiət edirdi, ehtimal etmək olardı ki, gödəkçələrinin altında Kalaşnikov avtomatı var.

Yeni gözəl və ən müasir idarəetmə tədqiqatlarının aparıldığı biznes məktəbinin açılışından məmnun olan rektor fasilə verdi ki, mən də bu açılışın şərəfinə bir neçə kobud yaltaqlıq cümləsi ərz edim.

Əvəzində, mən bu kampusun ərazisində bir dənə də tənqidi tədqiqat aparılan yer olmadığını diqqətlərinə çatdırdım. O, mənə elə təəccüblə baxdı ki, sanasan ondan hər il rəqsə neçə fəlsəfə doktoru göndərdiklərini soruşmuşdum və belə bir quru cavab verdi: “Biz Sizin iradınızı nəzərə alarıq.”

Sonra cibindən qabaqcıl texnologiyalı bir balaca şparqalka çıxartdı, onu ötəri hərəkətlə açdı, koreya dilində bir neçə iti söz oxudu, bəlkə də bu, “Öldürün onu” əmri idi.

Bir dənə limuzin gəldi, təxminən kriket meydançası boyda, cangüdənlər rektoru oturtdular, maşın getdi. Mənim ölüm hökmümün nə vaxt icra ediləcəyi haqda düşünə-düşünə onu gözdən itənə qədər izlədim.

Bu hadisə Cənubi Koreyada olub, amma planetin başqa hər hansı nöqtəsində də ola bilərdi. Keyptaundan Reykyavikə, Sidneydən San-Paula, hər yanda, lap Kuba inqilabı, İraqa müdaxilə qədər vacib bir hadisə - universitetin humanitar tənqid mərkəzi kimi asta-asta ölümü yaşanır.

Britaniyada 800 illik tarixi olan universitetlərə əvvəllər fil sümüyündn qala deyib gülürdülər, ittihamlarda həqiqət payı çox idi. Amma onların özlərilə cəmiyyət arasına qoyduqları məsafə təhlükəli olduğu qədər də xeyirə idi: bu məsafə, sonralar cari praktik məqsədlərə qarışdıqca cəmiyyəti özünə tənqidi yanaşmaqdan məhrum edən ictimai düzənin dəyərləri, məqsədləri, maraqları haqda düşünmək imkanı verirdi.

A.Einstein
A.Einstein

Bütün dünyada indi bu tənqidi məsafə sıfıra enib, dünyaya Erazm və Con Milton, Eynşteyn, “Monti Payton” bəxş etmiş institutlar qlobal kapitalizmin amansız prioritetləri qarşısında əriyib.

Bu yazımın bir çox hissəsini amerikalı oxucular daha yaxşı başa düşəcəklər. Axı Stenford və Massaçuçets Texnologiya İnstitutu gəlir gətirən universitet modelini yaradıb. Amma Britaniyada ali təhsil elə vəziyyətə düşüb ki, bunu "gəlirsiz amerikanlaşdırma" (sözün praqmatizm mənasında - tərc.) adlandırmaq olar.

Rotterdamlı Erazm
Rotterdamlı Erazm

Bu tendensiya ilə ingilis arostokratiyasının Oksford, Kembric kimi klassik universitetləri də qarşılaşıblar, o universtetlər ki, onların kollecləri əsrlərin səxavətli fədakarlığı sayəsində həmişə böyük iqtisadi güclərin təsirindən xeyli dərəcədə azad olublar.

Bir neçə il əvvəl Oksford Universitetində kafedra rəhbəri işmdən istefa verdim, (belə bir istefa Edinburqda zəlzələ qədər nadir hadisədir) niyə istefa verdim, çünki məndən özümü müəllim, elm adamı kimi yox, baş direktor kimi aparmağımı gözləyirdilər.

30 il bundan əvvəl Oksforda ilk dəfə gələndə belə bir şeyə patrisiyə (kəndçilərə) baxan kimi baxardılar. İndi isə fəlsəfə doktoru dərəcəsi almaq istəyən həmkarlarım “doktor” sözündənsə “cənab” sözünü üstün tuturlar, çünki “doktor”u cənaba münasib olmayan bir peşə hesab edirlər.

Kitab çap etdirməyi bayağı iş hesab edirlər...

Bu gün az-çox Oksbric korporativ etikanı saxlayır...

Britaniyanın o biri universitetlərində tamam başqa vəziyyətdir. Alimlərin özünü-idarəsindənsə, burada ierarxiya hökm sürür: şaxələnmiş və qarışıq bürokratiya şəbəkəsi, kiçik müəllimlər – işləyən atlardır, prorektorlarsa özlərini elə aparırlar, sanki “General Motors” şirkətini idarə edirlər.

Baş müəllimlər indi baş menecerlər olublar, ətrafda audit və mühasibat uçotu söhbətləri gedir...

Təhsilin bu cür çökməsinin əsasında humanitar elmlərin divara qısnanması dayanır. Britaniya dövləti universitetlərə dəqiq elmlərə, tibbə, mühəndis işləriə görə qrantlar verir, amma humanitar sahəyə hər hansı nəzrəəçarpan yatırım etmir.

Şübhə yoxdur ki, vəziyyət dəyişməsə, yaxınn gələcəkdə humanitar fakültələrin çoxu bağlanacaq. Belə getsə, yazıq filologiya fakültələri mövcud olacaqsa, bu da ona görə olacaq ki, biznes fakültələrinin tələbələrinə nöqtəni, vergülü qoymağı öyrətsinlər, bu isə Nortrop Fray və Layonel Trillinqin məqsədindən çox uzaqlaşmaq deməkdir.

Humanitar fakültələr indi yalnız ödənişli təhsilin sayəsində ayaq üstə dayanıb, bu da o deməkdir ki, onlar ya gizli, ya aşkar özəlləşiblər. Borc və kreditlərdən asılı tələbələrsə daha güclü təhsil istəyirlər pullarının müqabilində.

Üstəlik, Britaniya universitetlərində elmi tədqiqt təhsildən daha vacib işə çevrilməkdədir. Tələbənin puluna ekspressionizm və İntibah haqqında kurslar verməyi deyil, tədqiqat aparmağı üstün tuturlar.

Hər bir neçə ildən bir Britaniya dövləti kafedralardan onların elmi tədqiqatları haqda ciddi hesabat istəyir. Dövlət subsidiyaları buna əsasən verilir. Odur ki, müəllimlərdə özlərini təhsilə həsr etmək stimulu yoxdur, yazmaq xatirinə yazır, mənasız məqalələri imzalayıb rəy verirlər, saysız onlayn jurnallar çıxır...

Britaniya ali təhsilində artan bürokratiya ucbatından, müəllimlər hələ istəsələr belə, dərsə hazırlaşmağa vaxtları azdır. Müəllimlər məzuniyyət götürərək elmi tədqiqatlarını aparmağı daha vacib sayırlar, nəinki can qoyaraq dərs keçməyi.

Müəllimlər menecerlərə çevrildikcə tələbələr də istehlakçıya çevrilirlər. Universitetlər bir-birinə pəl vururlar ki, rüsvayçı mübarizədə pulu əllərində saxlasınlar. Tələbəyə yaxşı qiymətlər verib keçirirlər ki, pul itməsin. Çünki tələbənin uğursuzluğu müəllimin təqsiridir. Necə ki, xəstəxanada xəstənin pisləşməsi tibbi personalın təqsiridir.

Michel Foucault
Michel Foucault

Tələbə pulqabısı dalınca bu qaçış 20-ci əsr dəbiylə kurslar yaratmalarına gətirib çıxarıb. Mənim sahəmdə - ingilis filologiyasında Viktorian dövrünün şairləri yox, vampirlər, Şelli yox, seksuallıq, Mişel Fuko yox, fanat jurnalları dəbdədir.

Dərin siyasi və iqtisadi işlər təhsilə bu cür təsir göstərir. XVIII yüzil anqlo-sakson ədəbiyyatından kənara çıxmayan istənilən filologiya fakültəsi barmağını sormağa məhkumdur.

Bir çox universtetlərimiz bakavariatda özünü doğrultmayanları magistraturaya buraxır, xarici tələbələr isə (üçqat ödəməyə məhkum olanlar) ingilis dilini fərli-başlı bilmədən doktoranturada otururlar.

Əlbəttə, təhsil müasir dövrün tələblərinə cavab verməlidir. Amma bu o demək deyil ki, təhsil müasir kapitalizmə tabe olmalıdır...

XS
SM
MD
LG