Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 09:23

Rusiyada KİV haqqında qanun dəyişdi


Natalya Sindeyeva

Rusiyada KİV haqqında qanuna edilmiş düzəlişlər yanvarın 1-dən qüvvəyə minib.

Yeni düzəlişlərə əsasən xarici dövlətlər, hüquqi və fiziki şəxslər, o cümlədən beynəlxalq təşkilatların Rusiya KİV-lərində 20 faizdən çox payı ola bilməz.

Qanun KİV lisenziyası olmayan və beynəlxalq razılaşmalar əsasında yaradılmış layihələr istisna olmaqla bütün media orqanlarına aiddir.

Media orqanları fevralın 1-dək öz qurumundakı paylara görə müvafiq orqana hesabat verməlidir.

Bunadək xaricilər Rusiyanın KİV vasitələrində 50 faiz pay ala bilərdirlər.

XS
SM
MD
LG