Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:04

Yanan oteldə Azərbaycan vətəndaşları da olub


Dubay, yanan hotel binası, 31.12.2015
Dubay, yanan hotel binası, 31.12.2015

Dubayda yanğın baş verən oteldə Yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşları da olub.

İlkin məlumata görə, onların arasında xəsarət alan yoxdur.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev deyib ki, Azərbaycanın Dubaydakı baş konsulluğu yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Dubay Əmirliyinin rəsmi orqanları ilə araşdırır.

Dubayın mərkəzindəki otel-göydələnlərdən birində böyük yanğın dekabrın 31-də baş verib.

Yanvarın 1-i səhər saatlarında binanın hələ də tüstüləndiyi xəbər verilirdi.

Bu bina dünyanın ən hündür göydələni Bürc Xəlifənin yaxınlığındadır.

Yanğın Bürc Xəlifədə planlaşdırılan Yeni il atəşfəşanlığından əvvəl başlamışdı.

XS
SM
MD
LG