Havanın kəskin dəyişməsinə, qarın yağmasına baxmayaraq, Bakı Hava Limanı əvvəlki vəziyyətində işləyir.
Hazırda təyyarələrin yola salınması və qəbulu normal qaydada həyata keçirilir.
Bu haqda AzadlıqRadiosuna Bakı aeroportundan məlumat verilib.
Dekabrın 31-ə keçən gecə Bakıda hava kəskin dəyişib, sulu qar, qar yağmağa başlayıb.
Yanvarın 1-də gecə 0-3° şaxta, gündüz 0-3° isti olacaq. Soyuq hava şəraiti yanvarın 4-ə qədər davam edəcək.