Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:21

Avropa 2016-nı terror həyəcanı ilə qarşıladı


Almaniyada polis iki stansiyanı evakuasiya edib
Almaniyada polis iki stansiyanı evakuasiya edib

Almaniyanın Münhen şəhərində polis hər an gözlənilən terror basqını hədəsinə görə iki dəmir yolu stansiyasını evakusasiya edib.

Almaniyanın Münhen şəhərində polis hər an gözlənilən terror basqını hədəsinə görə iki dəmir yolu stansiyasını evakusasiya edib.

Hakimiyyət orqanları İslam Dövləti adlanan təşkilata bağlı intiharçıların Münhenin əsas vağzalına və ya Pasinq stansiyasına hücuma hazırlaşdıqları barədə mötəbər məlumatlar aldığını bildirib.

Hazırda hər iki stansiyada qatarların hərəkəti bərpa olunub.

Bavariya polisində olan məlumata görə basqında 5-7 arası terrorçu iştirak etməli imiş.

Polis bildirib ki, bu barədə informasiyanı “dost kəşfiyyat orqanından” alıb.

Yerli media “dost kəşfiyyatın” Fransa kəşfiyyatı ola biləcəyini yazır.

Qonşu Belçikada terror təhlükəsinə görə Yeni il axşamı üçün planlaşdırılan rəsmi tədbirlər ləğv olunub.

London da daxil olmaqla Avropa paytaxtlarında bayram şənliklərinin miqyası məhdudlaşdırılıb.

Brüsseldə 3 terror şübhəlisinin saxlandığı xəbər verilib.

Moskvada Yeni il atəşfəşanlığı beş dəqiqə gecikdirlib və ənənəvi olaraq açıq olan Qırmızı meydan polis tərəfindən dövrələnib.

Londonda küçələrə 3 minlik polis qüvvəsi çıxarılıb.

XS
SM
MD
LG