İsrailin Təhsil Nazirliyi İsrailli qadınla Fələstinli kişi arasında məhəbbətdən danışan hekayənin məktəb proqramına salınmasının əleyhinə qərar verib.
İsrailin bir sıra məktəb müəllimləri bunun lehinə olsalar da, təhsil nazirliyi hesab edir ki, bu hekayə şagirdlər arasında gərginlik yarada bilər. Nazirliyin rəsmisi Dalia Fenig deyir ki, bu hekayə “emosiyalar tufanı qopara bilər”.
Bir çox mükafatlar alan bu əsəri Dorit Rabinyan yazıb. Adı “Sərhəd həyatıdır”. Rabinyan deyir ki, o, bu əsərdə iki qəhrəmanın timsasında qarşı-qarşıya olan iki tərəfin oxşarlıqlarını və fərqlərini göstərmək istəyib.