Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 07:08

Məhkəmə bloqqerə 5 il həbs cəzası kəsdi


Vadim Tyumentsev

Rusiya məhkəməsi bloqqerə 5 il həbs cəzası verdi. Vadim Tyumentsev ekstremizdə, nifrət yaymaqda günahkar bilindi.

Rusiyalı bloqqer Rusiyanın Ukraynaya müdaxiləsini tənqid edirdi, eləcə də yerlıi hakimiyyətin korrupsiyasından bloqları ilə tanınıb. O, bu mövzularda internetə videolar yerləşdirirdi.

Dekabrın 30-da Tomsk məhkəməsi öz qərarında Tyumentsevə 3 il internetdən istifadəni də qadağan edib.

İnsan haqları təşkilatları məhkəmənin bu qərarını pisləyirlər, Sova qrupu isə bu qəraraı həddən artıq sərt adlandırıb.

Freedom House təşkilatının rəhbəri Mark Lagon bildirib ki, Rusiya höküməti sərbəst fikrin qabağını almaqda israrlıdır, hətta sosial mediada sərbəst fikrin qarşısı alınır.

XS
SM
MD
LG