Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:25

Bakıdan Dubaya uçuşlar ertələndi


AZAL
AZAL

-

Dekabrın 31-də Heydər Əliyev Beynəlxalq Hava limanından bir sıra istiqamətlər üzrə uçuşlar təxirə salınıb.

Aeroportdan report.az-a verilən məlumata görə, bu gün üçün Moskva, Dubay, Naxçıvan və İstanbula nəzərdə tutulan aviareyslər Yeni il bayramı ilə əlaqədar yerinə yetirilməyəcək. Bu reyslərin ilk üçü «Azərbaycan Hava Yolları», sonuncusu isə «Türk Hava Yolları»na məxsusdur.

Bildirilib ki, təxirə salınan reyslərlə bağlı öncədən sərnişinlərə məlumat verilib.

Artıq 2 yanvar 2016-cı il tarixindən aviareyslər adi qrafiklə yerinə yetiriləcək.

XS
SM
MD
LG