Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Qatarlara əlavə vaqonlar qoşulur


Qatar
Qatar

-

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) Yeni il ilə əlaqədar dekabrın 29-30-da Bakıdan çıxan qatarlara əlavə 17-18 vaqon qoşub.

Bu barədə AzadlıqRadiosuna QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

N.Əzməmmədov deyib ki, dekabrın 30-da Gürcüstan istiqamətində hərəkət edən qatarlara əlavə 10 vaqon qoşulub: «Daha çox Qərb istiqamətinə və Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarlara vaqon qoşmuşuq. Eyni zamanda Böyük Kəsik, Ağstafa və Balakən istiqamətinə də qatarlar qoşulub. Bu istiqamətlərdə gedən sərnişinlərin əksəriyyəti əks istiqamətə də bilet əldə ediblər. Onların əks istiqamətdə daşınması da nəzərə alınıb».

QSC-nin sözçüsü deyib ki, adi günlərdə 2000-3000 sərnişin daşınırdısa, bayram günlərində sərnişinlərin sayı 5000-ə çatır: «Lakin bayram günlərində dəqiq nə qədər sərnişin daşındığı bir neçə gündən sonra bilinəcək».

XS
SM
MD
LG