Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:18

Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri dekabrın 30-da telefon söhbətində Ukraynanın şərqindəki atəşkəs rejimini müzakirə ediblər.

Fransa prezidentinin ofisindən verilən məlumata görə, liderlər ümumilikdə atəşkəs və ağır silahların təmas xəttindən çıxarılması ilə bağlı razılaşmanın yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.

Məlumata görə, Angela Merkel, Francois Hollande, Vladimir Putin və Petro Poroshenko arasında söhbət təxminən 2 saat çəkib.

Onlar atəşksələ bağlı Minsk razılaşmasının gələn il davam etdirilməsi, habelə hazırda rusiyapərəst yaraqlıların nəzarətində olan Ukraynanın şərqindəki regionlarda yerli seçkilərə hazırlığın vacibliyini qeyd ediblər.

Tərəflər fevralın əvvəllərində yenidən görüşmək razılığına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG