Pakistanın Mardan şəhərində törədilən partlayışda azı 12 nəfər ölüb,30 nəfərsə yaralanıb.
Polis zabiti Saeed Khan Wazirin dekabrın 29-da verdiyi məlumata görə, partlayış yeydiyyat və məlumatlar idarəsinin ətrafında törədilib.
Polis bunun terror aktı olub-olmamasını araşdırır.
Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Adətən Pakistanda bu cür hücumlara görə cavabdehliyi Taliban üzərinə götür.
Mardan Əfqanıstanla sərhəddə yerləşən Peşavar şəhərinin 50 kilometrliyində yerləşir.