Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 12:25

Belçikada şübhəlilər saxlanıb


Belçika, arxiv fotosu

-

Belçikada Yeni il bayramı zamanı Brüsseldə hücumlar planlaşdırmaqda şübhəli bilinən 2 nəfər saxlanıb. Bu barədə çərşənbə axşamı federal prokurorluq məlumat yayıb.

Həmin şəxslər bazar günü və bazar ertəsi reydləri zamanı saxlanıblar. Adları, yaşları və cinsləri açıqlanmır.

Axtarış zamanı hərbi geyim, elektron informasiya daşıyıcıları, İslam Dövləti silahlı qruplaşmasının təbliğat materialları aşkarlanıb. Silah-sursat tapılmayıb.

İlkin olaraq 6 nəfərin saxlandığı, 4-nün sonradan buraxıldığı bildirilir.

Prokurorluq bildirir ki, reydlər Paris hücumları ilə bağlı deyil. Noyabrın 13-də törədilmiş hücumlarda 130 nəfər həlak olub.

XS
SM
MD
LG